Ölkə

Səfir: "Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir"

Metbuat.az

Bakı. 3 aprel.

REPORT.AZ

/ Bakıda Pakistan İslam Respublikasının yaranmasının 68-cü ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil olunub.


"Report"un xəbərinə görə, iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Qəbulda çıxış edən Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser bildirib ki, Pakistan və Azərbaycan arasındakı münasibətlərin kökü dərindir. Səfir bildirib ki, Pakistan

Dağlıq Qarabağ

məsələsində Azərbaycanı, Azərbaycan isə Cammu və Kəşmir məsələsində Pakistanı dəstəkləyir.


O, həmçinin bildirib ki, Pakistan xalqı Azərbaycanın birinci xanımı

Mehriban Əliyeva

ya onun Pakistandakı humanitar yardımlarına görə yüksək hörmət bəsləyir və onun rəhbərliyi ilə

Heydər Əliyev

Fondunun Pakistanda gördüyü işləri çox yüksək qiymətləndirir.


Əmək və əhalinin sosial müdafiəsi naziri

Səlim Müslümov

isə çıxışında Azərbaycan Prezidenti və xalqı adından Pakistan xalqını və dövlətini təbrik edib. İki ölkənin münasibətlərinin qədim tarixə malik olduğunu deyən nazir bildirib k, Azərbaycan və Pakistan arasında daim sıx qardaşlıq münasibətləri olub: "Ölkəmiz müstəqillik qazandıqdan sonra bu münasibətlər daha surətlə inkişaf etməyə başladı. İki ölkə arasında bu günə kimi 30 dan artıq sənəd imzalanıb. Son illər iqtisadi əlaqələr sürətlə inkişaf edir, bir il ərzində ticarət dövriyyəsinin həcmi 2,5 dəfə artıb". Bununla belə, nazir bu rəqəmlərin qanedici səviyyədə olmadığını deyib.


Sonda S.Müslümov xatırladıb ki, Pakistan yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımır. O əlavə edib ki, Azərbaycan Pakistanın bu dəstəyini daim qiymətləndirir.


Tədbirdə həmçinin Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü

Qənirə Paşayeva

nın "Uzaqdakı ən yaxın Pakistan" adlı kitabının təqdimatı da keçirilib.