İdman

Sarkozinin oğlu "Qalatasaray" azarkeşi çıxdı

Metbuat.az

Fransanın sabiq prezidenti Nikola Sarkozinin oğlu Piyerin hansı kluba azarkeşllik etdiyi üzə çıxıb.

 
Milli.Az anspress-ə istinadən bildirir ki, keçmiş prezidentin oğlu Türkiyənin “Qalatasaray” klubunun fanatıdır.
 
Paparatsilər Piyeri “sarı-qırmızılı” formada evdən çıxarkən çəkiblər. O, Uesli Snayderin “14” nömrə formasını geyinmişdi.
 
Piyer uzun müddətdir “sarı-qırmızılı” kluba könül verib.
 
Hətta onun sevimli komandasını dəstəkləmək üçün bir neçə dəfə İstanbula gələrək “Qalatasaray”ın oyunlarına canlı tamaşa etdiyi bildirilir.
 
Milli.Az