Ölkə

Samuxda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirilib

Metbuat.az

Samux, 8 aprel, Sabir Əliyev,

AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Samuxda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirilib.


AZƏRTAC

xəbər verir ki, nazirlik aparatının, onun strukturlarının, “Aqrolizinq” ASC-nin, Aqrar Elm Mərkəzinin, kənd təsərrüatı üzrə elmi tədqiqat institutlarının, Samux, Göygöl, Şəmkir, Tovuz, Qazax, Gədəbəy və Ağstafa rayonlarında fəaliyyət göstərən kəndli-fermer təsərrüfatları rəhbərlərinin və bu sahədə çalışan mütəxəssislərin iştirakı ilə keçirilən müşavirədə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrlə bağlı görülən işlər təhlil edilib. Aqrar sahənin səmərəliliyinin yüksəldilməsi, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatının intensiv metodlarla inkişafının təmin edilməsi, idxaldan asılılığın azaldılması, məhsuldarlığın, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması və digər istiqamətlərdə müzakirələr aparılıb.


Müşavirədə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Tanrıverdi Tanrıverdiyevin bölgədə möcud vəziyyətlə bağlı hesabatı dinlənildikdən sonra Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlarının, həmçinin nazirliyin strukturuna daxil olan idarə və elmi tədqiqat institutları nümayəndələrinin “Bitkiçilik sektorunun mövcud vəziyyəti və gələcək inkişafı üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyəti”, “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili”, “Zərərli orqanizmlərlə mübarizə tədbirlərinin düzgün təşkilinin əhəmiyyəti”, “Texniki təminatın yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər”, “Tərəvəz əkinləri və onlara aqrotexniki qulluq işlərinin təşkili” kimi mövzularda məruzələri dinlənilib.


Sonra mütəxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.


Regionda bitkiçiliyin vəziyyəti, inkişaf perspektivləri və mövcud problemlərlə bağlı yerli icra hakimiyyəti orqanları nümayəndələrinin məlumatları dinlənildikdən sonra müşavirə iştirakçıları Samuxda becərilən taxıl sahələrinə baxış keçiriblər.