Rusiyada batan gəminin azərbaycanlı olduğu ehtimal edilən 8 heyət üzvünün soyadı açıqlanıb
[ 02 Aprel 2015 12:04 ]
APA-nın “lifenews”a istinadən verdiyi məlumata görə, soyadı azərbaycanlı soyadına çox bənzəyən heyət üzvləri aşağıdakılardır:
Abdullayev F. S. - matros
Səfərov M. S. - matros
Sadıqov İ. Q. - mexanik
Əliyev E. S. - usta
Talıbov M. U. - mexanik
Rəhimov A. M. – baş usta
Əliyev Y. S. - matros
Həsənov C. İ. – usta.
Bu şəxslərin taleyi barədə hələlik məlumat verilməyib.
Xatırladaq ki, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.