İdman

Reynaldo Bakıda döymə vurdurarkən (FOTO)

Metbuat.az

"Qarabağ"ın braziliyalı forvardı Reynaldo Silva instagram hesabında paylaşdığı fotolarla diqqət çəkib.



ANS PRESS-in məlumatına görə, Reynaldo Bakıda tatu mərkəzlərindən birində barmağına döymə vurdurub.



Qeyd edək ki, “Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Topaz Premyer Liqasında 30-cu qolunu vurub.



Premyer Liqadakı bütün qollarını eyni klubun – “Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib. Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. 2009/10 mövsümünün gedişində “Qarabağ”a gələn 2010/11 və 2011/12 mövsümlərində də klubun formasını geyən gürcüstanlı 71 oyunda 29 dəfə fərqlənmişdi. Reynaldo Adamiyanı “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb.



1. Müşfiq Hüseynov - 109


2. Samir Musayev - 44


3-4. Mahir Əliyev, Yalçın Bağırov - 33


5. Reynaldo Silva - 30







Mənbə
ANS PRESS