Ölkə
Qazaxıstanın yeni səfiri Beybit İsabayev Azərbaycana bu həftə gələcək
[ 06 Aprel 2015 15:15 ]
Bakı-APA. Qazaxıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Beybit İsabayev Oksikbayeviç bu həftə Bakıya gələcək.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirin Azərbaycana gəlişi ilə bağlı işlər tamamlanmaq üzrədir.
Qeyd edək ki, B.İsabayev bundan əvvəl Qazaxıstanın Qırğız Respublikasındakı səfiri olub.