Ölkə

Qazax rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi profilaktiki tədbirlər görülür

Metbuat.az


Qazax, 10 aprel,

AZƏRTAC

Qazax rayonunda ev heyvanları arasında yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktiki tədbirlər görülür.


Rayonun baytarlıq idarəsindən

AZƏRTAC

-a bildiriblər ki, cari ilin yanvar-mart aylarında brusellyoz xəstəliyinə görə seroloji (qan qruplarının tədqiqi) müayinə üçün 6 min baş ev heyvanından qan nümunəsi götürülərək zona baytarlıq laboratoriyasında yoxlanılıb. 4 baş iribuynuzlu və 7 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstəliyə yoluxan heyvanlar təlimata uyğun olaraq məhv ediliblər.