Ölkə
Qazax rayonunda 16 min ədəd ağac əkilib
Qazax, 13 aprel,
AZƏRTACİDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Qazax rayonunda ağac əkini kampaniyası yekunlaşıb.
Rayon icra hakimiyyətindən
AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində mart-aprel aylarında Bakı-Sınıq Körpü magistral avtomobil yolunun və rayonun yaşayış məntəqələrinin ərazisində 16 min ədəd Eldar şamı, sərv və müxtəlif növ meyvə ağacları əkilib.