Digər

Qaz borusunu kəsib oğurladılar

Metbuat.az

Göyçay rayonunda qaz borusunu oğurlayan iki nəfər tutulub.



Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən

Trend

-ə verilən məlumata görə, cari il yanvar ayının 15-dən aprel ayının 7-dək olan müddət ərzində Göyçay rayonunun Potu kəndində rayon Qaz İstismar İdarəsinə məxsus 53 metr qaz borusu kəsilərək oğurlanıb.



Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri

Kamran Seyidov

Rafiq Rəhimov

saxlanılıblar.



Milli.Az