Dünya
Qarsda erməni vəhşiliklərini əks etdirən fotosərgi açılıb
Azərbaycan, Bakı, 14 aprel /Trend/
Türkiyənin Qars şəhərində erməni vəhşiliklərini əks etdirən fotosərgi açılıb. Bu barədə Trend "Gazetekars" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, sərgidə erməni quldur dəstələrinin 1915-ci ildə Qars şəhərində müsəlman-türk əhaliyə qarşı törətdikləri vəhşilikləri əks etdirən fotolarla yanaşı, tarixi sənədlər də nümayiş etdirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az