İdman

Qadın idmançılarımız yüksək pillədə (SİYAHI)

Metbuat.az

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.



Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, qadın güləşçilərin reytinq sıralamasında ölkəmizin 5 güləşçimizin adı var. Ötən ay keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Alyona Kolesnik reytinqdə 6-cı pillədə yer alıb.



48 kq


2. Mariya Stadnik - Klippan turniri 1-ci yer (2)



55 kq


6. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (nr)



58 kq


11. İrina Netreba – Paris Qran Pri turniri 3-cü yer (11)



60 kq


5. Yuliya Ratkeviç - DÇ 2-ci yer (4)


14. Nataliya Sinişin - Paris Qran Pri turniri 2-ci yer (12)



Xatırladaq ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.





Mənbə
ANS PRESS