Digər
Milli.Az
Pul və qızılla dolu seyfi oğurlayanlar tutuldular
Bakıda 20 min manata yaxın pul və zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən iki nəfər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, martın 25-də
Səyavuş Aslanovun F.Mirzəyev küçəsində yerləşən evindən pəncərəni sındırmaqla içərisində 18 min 600 manat və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb.
Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri - 1992-ci il təvəllüdlü
Qasım Bəylər oğlu Qüdrətlivə 1993-cü il təvəllüdlü
İlqar Nazim oğlu Aslanovtutulublar.
Milli.Az