İdman
Mənbə
ANS PRESS
PSJ-nin avtobusuna basqın (FOTO)
Fransa Liqa 1-də çempionluq mübarizəsi aparan “Marsel” və PSJ komandaları arasında qarşılaşma da qalmaqalsız ötüşməyib.
ANS PRESS-in məlumatına görə, turnir cədvəlində 2-3-cü yerləri bölüşən komandaların oyunundan əvvəl parislilərin avtobusuna basqın olub.
Paytaxt təmsilçisi “Veledrom” arenasına hərəkət edərkən marselli fanatlar yolda qolf topu ilə avtobusun şüşəsini qırıblar. Hadisə arenaya 800 metrə yaxınlıqda baş verib. Ancaq hadisə zamanı heç bir futbolçu xəsarət almayıb.
Qeyd edək ki, “Marsel” doğma meydanda PSJ 2-3 hesabı ilə məğlub olub.
ANS PRESS