İdman
"Porto" "Bavariya"ya şans vermədi - İCMAL
Çempionlar Liqasında növbəti 1/4 final oyunu Portuqaliyada keçirilib.
Metbuat.az-ın xəbərinə görə, "Porto" "Bavariya"nı qəbul edib. Görüşün favoriti almanlar olsa da, hadisələr tərsinə cərəyan edib. "Porto" Kuarejmanın dublu və Cekson Martinesin qolu sayəsində rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
"Porto" - "Bavariya" - 3:1
Qollar: Kuarejma, 3; 10, Martines, 65 - Tyaqo, 28
Qarşılaşmanın icmalını təqdim edirik.