Ölkə

Polşanın ölkəmizdəki səfiri Azərbaycan Dillər Universitetində

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşüb.


ADU-dan

AZƏRTAC

-a bildirilib ki, görüşdə S.Seyidov səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Azərbaycan-Polşa əlaqələrindən danışan rektor iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığı xüsusi qeyd edib.


S.Seyidov universitet barədə qonağa məlumat verib, bu ali məktəbdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisasların açıldığını vurğulayıb. ADU-da polyak dilinin tədris olunduğu, tələbələrin bu dilə xüsusi maraq göstərdikləri diqqətə çatdırılıb.


Səfir M.Tsalka səmimi görüşə görə təşəkkürünü bildirib, ADU ilə tanışlıqdan məmnunluğunu ifadə edib. Diplomat bu ali təhsil ocağında polyak dilinin tədrisini yüksək qiymətləndirib, Polşa universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün bir çox imkanların yaradılmasının mümkünlüyündən söz açıb. M.Tsalka ADU-da polyak dili kurslarınıın açılmasının məqsədəuyğunluğunu qeyd edib. Bu kursların köməyi ilə tələbələrin Polşanın dili, tarixi, mədəniyyəti, incəsənəti haqqında daha çox məlumat əldə edəcəkləri vurğulanıb.


Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri, müəllim-tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.