Digər

Paytaxt sakini əvvəl arvadını bıçaqlayıb, sonra özünə xəsarət yetirib

Metbuat.az

[ 17 Aprel 2015 04:42 ]


Bakı. Fərahim Qasımov-APA. Suraxanıda ər əvvəlcə arvadını bıçaqlayıb, daha sonra da özünə xəsarət yetirib.

APA TV-nin məlumatına görə, hadisə rayonun Tağıyev küçəsində qeydə alınıb.  31 yaşlı Məhəmməd Əliyev yaaşdığı evdə həyat yoldaşı 23 yaşlı Ayşən Gülüşova ilə mübahis edib. Ailə daxili mübahisə o həddə çatıb ki, kişi həyat yoldaşına baş nahiyəsindən bıçaqla xəsarət yetirib. Həyat yoldaşını al-qan içində görə Məhəmməd Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət eytirib.  Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər xəstəxanasına çatdırıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.