Ölkə

Orta ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün növbəti monitorinq imtahanları keçiriləcək

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 15-17-də və 20-21-də orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirəcək.


TQDK-dan

AZƏRTAC

-a bildirilib ki, imtahanlar ümumilikdə 421 orta məktəbdə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə təşkil olunacaq. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanacaq və Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə 1 saat davam edəcək. Prosesdə 23 min 336 şagirdin iştirakı nəzərdə tutulur.


İmtahan respublikanın 22 şəhər və rayonunun (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) məktəblərində keçiriləcək.


Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar yalnız dövlət vəsaiti hesabına təşkil olunur və valideynlərdən ödəniş tələb edilmir.


Səhifənin qisa keçidi: 

http://www.tqdk.gov.az/~oA5Yf