Ölkə

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin nəzdində yeni mərkəzin açılışı olub

Metbuat.az

Gəncə, 8 aprel,

AZƏRTAC

Gəncədəki “Odlar Yurdu” Gənclər İctimai Birliyinin nəzdində yeni “Odlar Yurdu - xaricdə təhsil konsultasiya mərkəzi”nin açılışı olub.


Şəhər icra hakimiyyətinin, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulluqlarının, mərkəzin əsas tərəfdaşı olan “East Office Azerbaijan” şirkəti nümayəndələrinin, eləcə də 100-dən artıq gəncin iştirak etdiyi açılış mərasimində xaricdə təhsil imkanları və müxtəlif proqramlarla bağlı təqdimatlar keçirilib.


Birliyin sədri Nigar Ələsgərova

AZƏRTAC

-a deyib ki, “Odlar Yurdu - xaricdə təhsil konsultasiya mərkəzi”nin yaradılmasında əsas məqsəd gənclərin təhsil imkanlarını genişləndirməklə onlara xaricdə təhsil almaq istiqamətində yol göstərmək, Avropa və digər ölkələrdə keçirilən təhsil proqramlarından yararlana bilmələrinə imkan yaratmaqdır.