Digər

"O erməniyə Azərbaycan pasportu verilməlidir"

Metbuat.az

"Könüllü surətdə ölkəmizə gələn hərbi qulluqçu Andranik Araratoviç Qriqoryana Azərbaycan pasportu verilməlidir".



Trend

-in məlumatına görə, bunu millət vəkili

İqbal Ağazadə

Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.



O bildirib ki, Andranik Araratoviç Qriqoryan Azərbaycan vətəndaşıdır:



“Bunun üçün heç bir problem olmamalıdır. Digər erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilməlidir ki, ölkəmizə gəlsinlər. Hətta 3-cü ölkədən mümkün olsa belə bu addımı atsınlar. Çünki Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur. Azərbaycanın dövlət orqanları, o cümlədən XİN və Prokurorluq müraciət etməlidir ki, hətta müharibədə iştirak edənlərə güzəşt edilə bilər. Beləliklə, həmin şəxslərə qaçqın statusu verilməsi mümkündür”.



Spiker

Oqtay Əsədov

da bu təklifə münasibət bildirib: "Elan çox olsa, qorxuram ki, hamı qaçqın statusu almaq üçün Azərbaycana gələr".



Milli.Az