Ölkə
Norveçin İqtisadiyyat Məktəbinin professorları universitetdə neft iqtisadiyyatına dair mühazirə oxuyublar
Bakı, 15 aprel,
AZƏRTACNorveçin İqtisadiyyat Məktəbinin professorları Linda Nostbakken və Rognvaldur Hanne Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) neft iqtisadiyyatına dair mühazirələr oxuyublar.
Universitetdən
AZƏRTAC-a bildirilib ki, professor Linda Nostbakken ADİU-nun ingilis dilində tədris mərkəzində "Neft sahəsində vergiqoyuluşu sistemi” mövzusunda mühazirə oxuyub.
Professor R.Hanne "Norveç, Alyaska və Nauru timsalında neft resurslarının idarəediməsi” mövzusunda “SABAH” qrupunun tələbələrinə seminar keçib.
ADİU-nun beynəlxalq əlaqələr departamentinin Dünya Bankı mərkəzində norveçli qonaqların və universitetin müəllimlərinin iştirakı ilə "İqtisadi nəzəriyyə və neftin qiymətinin əmələ gəlməsi” mövzusunda “dəyirmi masa” keçirilib.