NBA: "Boston" pley-offa vəsiqə uğrunda böyük addım atdı, "San Antonio" ardıcıl 10-cu qələbəsini qazandı (Nəticələr)
NBA-da mübarizə davam edir.
Metbuat.az-ın xəbərinə görə, ötən gecə Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında 12 qarşılaşma keçirilib. Gecənin mərkəzi matçında "San Antonio" "Hyuston"u məğlub edərək ardıcıl 10-cu qələbəsini qazanıb. Bir digər maraqla gözlənilən oyunda isə "Boston" "Klivlend"dən üstün olub. "Seltiks" qələbə sayəsində pley-offa vəsiqə qazanmaq şanslarını artırıb.
Nəticələrə nəzər salaq:
"Orlando" - "Toronto" - 99:101
"Atlanta" - "Şarlott" - 104:80
"Bruklin" - "Vaşinqton" - 117:80
"Detroyt" - "İndiana" - 103:107
"Klivlend" - "Boston" - 90:99
"Nyu-York" - "Miluoki" - 91:99
"Nyu-Orlean" - "Finiks" - 90:75
"Oklahoma" - "Sakramento" - 116:103
"Hyuston" - "San Antonio" - 103:104
"Denver" - "Dallas" - 143:144 (overtaym)
"Yuta" - "Memfis" - 88:89
"Leykers" - "Minnesota" - 106:98