İdman
ANS PRESS
Nazir: Keçən ilki narlarla festival keçirmək düzgün deyil
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov Avropa Oyunlarının məşəlinin marşurutunun təqdimatı zamanı jurnalistlərdən birinin ünvanladığı suala maraqlı cavab verib.
ANS PRESS-in məlumatına görə, mətbuat nümayəndəsi nazirdən Göyçaydakı nar festivalının məşəlin təqdimatı ilə eyni vaxta təsadüf edib-etməyəcəyini soruşub.
“Təəssüf ki, may ayında nar yetişmir. Göyçayda bu barədə xüsusi bir iş görülməsilə bağlı mənim dəqiq məlumatım yoxdur. Amma inanmıram ki, məşəlin nümayiş olunacağı vaxt nar festivalı təşkil olunacaq. Keçən ildən qalan narlarla da mərasim keçirmək düzgün deyil”,deyə nazir bildirib.
MənbəANS PRESS