“Nar Mobile” uşaqların idmana olan marağını artırır
Bakı, 3 aprel,
AZƏRTACAzərbaycanın mobil operatoru “Nar Mobile” Bakı-2015” birinci Avropa Oyunları ilə tərəfdaşlıq çərçivəsində “Açıq qapı” günlərini davam etdirir. Layihə çərçivəsində növbəti tədbirlər aprelin 7-də Beynəlxaql Boks Federasiyasında, aprelin 8-də isə Dünya Taekvondo Federasiyasında təşkil olunacaq.
Şirkətdən
AZƏRTAC-a bildirilib ki, mobil operator ötən ay Azərbaycan Güləş Federasiyasında, Milli Karate Federasiyasında, Beynəlxalq Cüdo Federasiyasında keçirilən açıq məşqlərin tərəfdaşı qismində çıxış edib. Tədbirlərdə Azərbaycan yığma komandasını Avropa oyunlarında təmsil edəcək tanınmış idmançılar, dünya və Avropa çempionları iştirak ediblər. Onlar, idmanda ilk addımlarını atan uşaqlar üçün nümunə olmaqla yanaşı, həvəskarların da idmanla məşğul olmaları üçün stimul yaradıblar.
Qeyd edək ki, 2007-ci ildən fəaliyyət göstərən “Nar Mobile” münasib danışıq tarifləri ilə yanaşı, sərfəli internet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq xidmətləri təklif edir. Mobil operator “Bakı 2015” Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.