Ölkə
Müsavat Məclisinin və MNTK-nın boş qalan yerlərinə seçkilər keçirilib
[ 04 Aprel 2015 17:00 ]
Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Məclisinin növbəti toplantısı baş tutub.
APA-nın məlumatına görə, Məclisin boş qalan 27, Mərkəzi Nəzarət-Təftiş Komissiyanın (MNTK) isə boş qalan 4 yerinə seçkilər keçirilib.
Seçkilərin nəticəsinə əsasən, Məclisə 27 üzv seçilib və bununla da Məclisin formalaşması başa çatıb.
MNTK-nın isə 4 yerindən ikisinə üzv seçilib, ikisi boş qalıb.