Dünya

Moskva birjasında dolların məzənnəsi 52 rubla qədər enib

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Moskva birjasında aprelin 9-da keçirilən hərracda dolların məzənnəsi 1,63 rubl ucuzlaşaraq 52 rubla qədər enib. Bu, 2014-cü il dekabrın 26-dan bəri minimum göstəricidir.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, rubl dünya bazarında neft qiymətlərinin ucuzlaşması fonunda bahalaşır. Belə ki, Londonun ICE birjasında brent markalı neftin barrelinin may ayına olan fyuçers müqaviləsinin qiyməti 2,68 faiz ucuzlaşaraq 57,08 dollara enib.


Hazırda Rusiyanın valyuta birjasındakı dinamikanı əsasən texniki faktorların müəyyən etdiyini deyən VTB kapital investisiya kompaniyasının analitiki Maksim Korovinin fikrincə, gələn həftə vergi ödəməsi dövrü başladığı üçün ixracatçılar xarici valyuta satışını artıracaq və bu faktor da rublu əlavə olaraq dəstəkləyəcək.


Qeyd edək ki, Rusiya valyutasının məzənnəsi artıq dördüncü gündür ki, artmaqda davam edir. Həftənin əvvəllərindən başlayaraq rubl dollara nisbətdə 8,2 faiz, avroya nisbətdə isə 10 faiz bahalaşıb.


Sberbank CIB kompaniyasının analitiki Tom Levinson rublun hazırkı “texniki” yüksəlişinindən sonra bu tendensiyanın kəskin dəyişəcəyini istisna etmədiyini bildirib.