Digər
Milli.Az
Mobil operatorun radio-baza stansiyalarını talan edən şəxslər tutuldu
Abşeronda mobil rabitə operatorunun radio-baza stansiyalarını talan edən şəxslər tutulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlanlb.
Baş Cinayət-Axtarış İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş Bakı şəhər sakini
Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri
Ruslan Əhmədovvə
Ceyhun Muxtarlıtutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az