Ölkə
Məlumat Hesablama Mərkəzində qanvermə aksiyası keçirilir
Bakı, 16 aprel,
AZƏRTAC“Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində aprelin 16-da qanvermə aksiyası keçirilir.
Mərkəzdən
AZƏRTAC-a bildirilib ki, məqsəd leykemiyalı uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qanvermə aksiyasında iştirak etmək istəyənlər könüllü aksiyaya qoşula bilərlər.