Dünya

Meksika körfəzində neft platformasında partlayış və yanğın baş verib, 45 nəfər yaralanıb

Metbuat.az

[ 01 Aprel 2015 23:56 ]


Bakı-APA. Meksika körfəzində iri neft platformasında güclü yanğın baş verib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində azı 45 nəfər xəsarət alıb, 300-dək işçi təxliyə olunub.

Yanğından əvvəl platformada güclü partlayışın baş verdiyi bildirilir.  

Yanğının söndürülməsinə 8 yanğınsöndürən gəmi cəlb olunub.

Hadisənin səbəbi hələlik məlum deyil.