Digər

Maşınını başqasına tapşırdı, ikisi də öldü

Metbuat.az

Gecə saatlarında Şəki-Qax yolunun 15-ci km-liyində ağır yol qəza hadisəsi baş verib. Milli.Az Kanal S-ə istinadən bildirir ki,

Züliyev Orxan Yunus oğlu

na məxsus 90-KD-349 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil körpünün məhəccərinə çırpılıb. Nəticədə maşında olan Qax şəhər sakini, 1988-ci il təvəllüdlü Züliyev Orxan hadisə yerindəcə keçinib.



Mərhumun cəsədi FHN-in xilasediciləri tərəfindən avtomobildən çıxarılıb. Avtomobili idarə edən, 1960-cı il təvəllüdlü, Zaqatala şəhər sakini

Mustafayev Dəyanət Fəxrəddin oğlu

isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.



Milli.Az