Ölkə

Masallıda gənc xilasedici və yanğınsöndürənlərin yarışı keçirilib

Metbuat.az

Masallı, 22 aprel,

AZƏRTAC

Masallı şəhər 3 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş gənc xilasedici və yanğınsöndürənlərin yarışı keçirilib.


AZƏRTAC

xəbər verir ki, Fövqəladə Hallar, Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən yarışın məqsədi fövqəladə hallara hazırlıq sahəsində məktəblilərin fiziki və intellektual səviyyəsini aşkar etməkdir.


Açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Nadir Abıyev, Fövqalədə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin metodisti Əyyar Burhanov, FHN-nin Cənub Regional Mərkəzinin şöbə rəisi Şahbaz Əbilov yarışın əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilərin şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətindən, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanmasından və məktəblilər arasında sağlam həyat tərzinin təbliğindən danışıblar.


Yarışda 8 komanda qüvvə və bacarığını nümayiş etdirib.


Gərgin mübarizə şəraitində keçən birincilikdə Digah kənd 4 nömrəli tam orta məktəbin komandası birinci, Masallı şəhər 2 nömrəli tam orta məktəbin komandası ikinci, İsgəndərli kənd tam orta məktəbin komandası isə üçüncü yeri tutub.


Qalib komandaların üzvlərinə diplomlar verilib.


Digah kənd 4 nömrəli tam orta məktəbin komandası zona yarışlarında iştirak etmək hüququ qazanıb.