Digər
Trend
Milli.Az
Malena Mard: "Dağlıq Qarabağ münaqişəsində status-kvo Avropa İttifaqı üçün qəbuledilməzdir"
Dağlıq Qarabağ münaqişəsində olan hazırkı status-kvo vəziyyəti Avropa İttifaqı (Aİ) üçün qəbuledilməzdir.
Trend
-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri
Malena Marddeyib.
O qeyd edib ki, Aİ ölkələrin ərazi bütövlüyü prinsipinə böyük diqqət ayırır.
“Aİ Azərbaycanın suverenitetini və ərazi bütövlüyünü dəstəkləyir və bu, 1996-cı ildə tərəflər arasında imzalanmış sazişdə yer alıb. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk Qrupu məşğul olur və biz onun fəaliyyətini dəstəkləyirik”, – deyə Malena Mard vurğulayıb.
Milli.Az