Digər
Milli.Az
Kirayənişinin 3700 manatı ilə 3 telefonunu oğurladılar
Bakıda kirayə yaşayan Masallı sakinin evindən oğurluq edilib
Bakı Şəhər Baş Polis İdarəsindən
Trend-ə verilən məlumata görə, aprelin 7-si saat 7 radələrində, H.Aslanov küçəsində yerləşən evdə kirayədə yaşayan Masallı rayon sakini
Bəxtiyar Nuruyevin mənzilindən oğurluq edilib. Onun evindən açıq qapıdan keçməklə 3700 manat, 3 ədəd mobil telefon və geyim əşyaları oğurlanıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş
Aydın Nizami oğlu Qurbanovtutulub.
Milli.Az