Ölkə
Kənd təsərrüfatı məhsulları istehsalçıları 2.4 D Amin duzu herbisidini 50 faiz güzəştli qiymətlərlə əldə edə bilərlər
Bakı, 16 aprel,
AZƏRTACTaxıl istehsalının artırılmasında alaq otlarına qarşı mübarizə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin anbarlarındakı 2.4 D Amin duzu herbisidinin fermerlərə güzəştli qiymətlərlə satılması barədə təklifləri Nazirlər Kabineti tərəfindən məqsədəmüvafiq hesab edilib.
Nazirliyin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, kənd təsərrüfatı məhsulları istehsalçıları taxıl bitkilərinin alaq otlarına qarşı geniş istifadə edilən 2.4 D Amin duzu herbisidini “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarından 50 faiz güzəştli qiymətlərlə (2,25 manat/litr) əldə edə bilərlər.