İdman
Kamran Ağayev "timsah" ola bilər
Kamran Ağayev "Bursaspor"un maraq dairəsinə düşüb.
Milli.Az xəbər verir ki, sportinfo.az-a daxil olan məlumata görə, Superliqa təmsilçisi Ağayevlə danışıq aparmaq istəyir.
Bunun üçün Bursa klubunun rəhbərliyi Kayseriyə təmsilçisini göndərmək haqda düşünür. Hazırda I dəstədə ilk pillədə qərarlaşan "Kayserispor"un Kamranı buraxıb-buraxmayacağı isə hələ ki, dəqiq deyil.
Qeyd edək ki, "Bursaspor" Superliqanın turnir cədvəlində hazırda IV pillədədir. 2009/10 mövsümündə Türkiyə çempionu olmuş "timsahlar"ın qapısını hazırda Harun Təkin qoruyur.
Milli.Az
Milli.Az