Dünya

İŞİD 24 iraqlını insanların gözü qarşısında edam edib

Metbuat.az


Bakı, 20 aprel,

AZƏRTAC

İŞİD qruplaşmasının yaraqlıları Kərkük şəhərində insanların gözü qarşısında 24 iraqlını edam edib.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Kərkük əyalətinin eyni adlı paytaxtından 95 kilometr kənarda yerləşən Zab rayonunda baş verib. Edam edilənlərin hamısı bir qədər əvvəl yaraqlılar tərəfindən əsir götürülmüş kişilərdir. Onların bir çoxu rayon bələdiyyə şurasının əməkdaşları olub.