Ölkə

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Texniki Universitetində təqdimat keçirib

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Texniki Universitetində təqdimat keçirib.


AZƏRTAC

xəbər verir ki, tədbirdə universitetin prorektoru İsa Xəlilov və tələbələr iştirak ediblər.


Təqdimat zamanı “İRƏLİ” İB-in fəaliyyəti haqqında geniş məlumat verilib, qruplarla iş mexanizmi müzakirə olunub, yeni təşəbbüslər səsləndirilib.


Sonda “İRƏLİ” İB-in Azərbaycan Texniki Universitetində fəaliyyət göstərəcək yeni koordinatoru təyin olunub.