Ölkə
İrandan gələn Azərbaycan vətəndaşında 100 qrama yaxın tiryək aşkar edilib
Bakı, 1aprel,
AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Eldəniz Aslanovun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, yoxlama zamanı E. Aslanovun daxili orqanından 1 ədəd bükümdə çəkisi 99,927 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı təhqiqat aparılır.