Dünya

İNANILMAZ: təyyarənin təkərləri arasında 1300 km səyahət etdi

Metbuat.az

İndoneziyada 21 yaşlı Mario Stiven Ambarita təyyarənin təkərləri arasında 1300 km səyahət edib.

Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, gənc oğlan İndoneziyadan  Jakartaya təyyarənin təkər yerində gizlənərək gedib.

Yerdən təqribi 5000 m yüksəklikdə səyahət edən Ambarita temperaturun mənfi 15 dərəcəyə düşməsi nəticəsində donub.

Bununla belə, o səyahətini salamat başa vura bilib. Mütəxəssislər mənfi 15 dərəcədə 1300 km səyahət edən gəncin sağ qalmasını möcüzəvi adlandırır.