Ölkə
İlin birinci rübündə 351 kiloqramdan artıq narkotik vasitə müsadirə olunub
Bakı, 16 aprel,
AZƏRTACCari ilin birinci rübündə ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
Komissiyadan
AZƏRTAC-a bildiriblər ki, cari ilin birinci rübündə narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 942 fakt aşkar olunub. Onlardan 273-nü satış, 661-ni saxlama, 17-ni əkin, 6-nı isə digər hallar təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 351 kiloqram 519,551 qram olan müxtəlif növ narkotik vasitə müsadirə edilib.