Ölkə
Gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal olmalarının vacibliyi vurğulanıb
Bakı, 21 aprel,
AZƏRTACYeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri (YAP GB) Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələrin əl işlərindən ibarət sərgidə iştirak ediblər.
YAP GB-dən
AZƏRTAC-a bildiriblər ki, gənclər universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyində olublar.
Sonra universitetin fəal tələbələri ilə keçirilən görüşdə ölkə gənclərinin respublikamızın ictimai-siyasi həyatında daha fəal olmalarının vacibliyi vurğulanıb.