Ölkə
AZƏRTAC
Gəncə Dövlət Universitetinin müəllim və tələbələrindən nəcib təşəbbüs
Gəncə, 17 aprel,
AZƏRTACGəncədə 17 Aprel - Beynəlxalq Hemofiliya Günündə qanvermə aksiyası keçirilib.
AZƏRTAC
xəbər verir ki, Mərkəzi Qan Bankının Gəncə bölməsində təşkil edilən aksiyada Gəncə Dövlət Universitetinin 200 nəfərdən artıq müəllim və tələbəsi iştirak edib.
Qeyd edək ki, hazırda Gəncə şəhərində 68 nəfər talassemiyalı, 51 nəfər isə hemofiliyalı xəstə qeydiyyatdadır.