Dünya

Gecə klubunda Adolf Hitlerin doğum gününü keçirdilər

Metbuat.az
Moskvada 40-a yaxın gənc saxlanılıb

Rusiya paytaxtında Adolf Hitlerin doğum gününü qeyd edən bir qrup şəxs saxlanılıb.


 


APA

-nın verdiyi məlumata görə, ötən gecə polisə paytaxtın cənub-şərqində yerləşən gecə klublarının birində bir qrup gənc tərəfindən Adolf Hitlerin doğum gününün qeyd olunması barədə məlumat daxil olub. 


 


Hadisə yerinə gələn polis 40-a yaxın şəxsi saxlayıb. Saxlanılanların üzərindən travmatik silah və nasist simvolları götürülüb.


 


"Vətəndaşlar tərəfindən daxil olan məlumat əsasında Moskvanın cənub-şərqində yerləşən gecə klubunda Adolf Hitlerin doğum gününü qeyd edən 40 nəfərə yaxın şəxs saxlanılıb. Klubda aparılan axtarış zamanı 4 ədəd travmatik silah,10 ədəddən çox bıçaq, o cümlədən Hitlerin portreti aşkar edilib", - deyə Moskva Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilib.


 


Məlumatda o da qeyd edilib ki, saxlanılan şəxslərin paytaxt ərazisində baş verən cinayətlərdə əlinin olub-olmaması araşdırılır.



Milli.Az