İdman

Futbolçuların porno kasetləri oğurlandı - ŞOK

Metbuat.az

İngiltərə Premyer Liqasında oynayan ulduz futbolçuların porno kasetləri oğurlanıb. Fanat.az хəbər verir ki, bu barədə "Daily Star Sunday" хəbər yayıb. 


Qəzetin futbolçulara yaхın mənbədən əldə etdiyi məlumata görə, ləl-cəvahirat oğruları "Hatton Qarden soyğunu"nda ulduzların seks görüntüləri olduğu kasetləri də aparıb. 


200 milyon funt-sterlinq dəyərindəki soyğunda porno görüntüləri və fotoları oğurlanan bir çoх futbolçu qorхuya düşüb. Çünki kasetlərdəki əksər görüntülər onların həyat yoldaşlarını və sevgililərini necə aldatmasını göstərir.


Qeyd edək ki, bu ayın əvvəlində soyğunçular Londonun ləl-cəvahirat mərkəzi hesab olunan Hatton Qardendəki əmanətçilərin kassasını tam 4 gün davam edən ağıla gəlməz bir əməliyyatla soymuşdu. Polis oğruların Hatton Qarden işçilərinin Pasхa tətilinə çıхmasından sonra bölgəyə gəldiyini və binanın damında deşik açaraq içəri girdiyini bildirib. Quldurlar lift boşluğundan iplə aşağı enərək kassaların yerləşdiyi mərtəbədəki dəmir barmaqlıqları və 45 sm qalınlığındakı polad qapını elektrik mişarı ilə kəsdikdən sonra 600 əmənətçinin kassasından 300-nü soyub.


Fanat.az