Ölkə

Fövqəladə Hallar Nazirliyinin 10 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Metbuat.az

Bakı, 18 aprel,

AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyi münasibətilə aprelin 18-də qurumun Aparatı və Su Ehtiyatları Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.


FHN-in mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, nazirliyin əməkdaşlarının fəallığı ilə müşayiət olunan aksiya zamanı Ceyranbatan su anbarı ətrafındakı ərazidə təmizlik-abadlıq işləri aparılıb, 1100 sidr ağacı əkilib.


Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.