Ölkə

Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfransda təqdimatla çıxış ediblər

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

 


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova və dissertant Səidə Məmmədova Türkiyədə ezamiyyətdə olublar.


İnstitutdan

AZƏRTAC

-a bildiriblər ki, ezamiyyətin məqsədi tətbiqi fizika sahəsində irəliləyişlər və materialşünaslıq mövzusunda beşinci beynəlxalq elmi konfrans və sərgidə (APMAS-2015) iştirak etmək olub.


Konfransda institutun əməkdaşları “Kvazi-bir ölçülü topoloji ifratkeçiricilər” və “Mn əvəzetmə aşqarı və vakansiyalar hesabına xalkopirit ZnSnAs2-nin maqnit xassələri” mövzularında təqdimatla çıxış ediblər.