Dünya
Ermənistanda hərbçiləri daşıyan avtomobil yarğana aşıb, 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
[ 18 Aprel 2015 12:54 ]
Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanda hərbçilərin olduğu yük avtomobili qəzaya düşüb.
APA-nın “news.am"-a istinadən verdiyi məlumata görə, hadisə hərbçilər Armavirdəki hərbi təlimdən qayıdarkən baş verib.
“Ural” markalı avtomaşın Spitak-İrəvan yolunda yarğana yuvarlanıb.
Qəza nəticəsində 1995-ci il təvəllüdlü sürücü Artem Torosyan ölüb, 9 hərbçi xəsarət alıb.
Onlar Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına yerləşdiriliblər. Hərbçilərdən biri əməliyyat olunub, daha 3-ü reanimasiya şöbəsindədir.