Dünya
Trend
Milli.Az
Diktatorun xanımı "Günəş günü"ndə göründü
Şimali Koreyanın birinci xanımı bu il ilk dəfə olaraq, KXDR lideri
Kim İr Senin 103-cü ildönümü münasibətilə keçirilən tədbirdə ictimaiyyət qarşısına çıxıb.
Trend
-in İnterfaks-a istinadən verdiyi məlumata görə, sol əlində nişan üzüyü olan
Li Sol Çjuəri
Kim Çen Inilə birlikdə Kim İr Sen adına stadionda gülümsəyərək insanlara əl edib.
Onlar Kim İr Senin yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində futbol görüşünə qatılıblar.
İki günlük bayram tədbirləri ölkədə "Günəş günü" adlandırılır. Tədbirlərdən sonra Kim İr Senin Pxenyanda doğulduğu yerə "ziyarət yürüşü" təşkil olunur.
Milli.Az