Digər
Milli.Az
Dənizdə iki meyit tapıldı
Xəzər dənizində iki meyit tapılıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, aprelin 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində dənizdə qəsəbə sakini
Şamil Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyidi tapılıb.
Həmin gün Neftçala rayonunun Qoltuq qəsəbəsində dənizdə 25-35 yaşlı çürüməyə məruz qalmış kişi meyidi tapılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Milli.Az