Digər

Daha bir avtoxuliqan cəzalandırıldı

Metbuat.az
Onun barəsində toplanmış material Nizami rayon Məhkəməsinə göndərilib

Bakıda avtoxuliqanlıq edən daha bir şəxs cəzalandırılıb.



Bu barədə

report-

a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.



Məlumatda bildirilib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən

Ceyhun İslam oğlu Səlimov

idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. Barəsində toplanmış material Nizami rayon məhkəməsinə göndərilb. Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək bir il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə yanaşı 500 manat cərimə inzibati tənbehi tətbiq edilib.



Milli.Az