Ölkə

“Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsi üçün hazırlanmış filmlərin təqdimatının vaxtı uzadılıb

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

“Maliyyə savadlılığı” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsinin əhatəliliyinin artırılması məqsədilə hazırlanmış filmlərin təqdimatının vaxtı aprelin 30-dək uzadılıb. Müsabiqə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə

www.musabiqe.edu.az

 saytı vasitəsilə keçirilir.


Mərkəzi Bankdan

AZƏRTAC

-a bildiriblər ki, müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, e-book reader təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.


Qeyd edək ki, martın 18-dən start verilən müsabiqə Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və FINCA Azərbaycan-ın dəstəyi ilə keçirilir. Məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması, bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.